Bank Of Baku

TQDK sədri “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində təhsildə korrupsiyaya qarşı mübarizə” adlı beynəlxalq konfransda iştirak edib

TQDK sədri “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində təhsildə korrupsiyaya qarşı mübarizə” adlı beynəlxalq konfransda iştirak edib
# 28 noyabr 2011 10:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə və Komissiyanın sektor müdiri Nigar Hüseynova BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən, UNESCO-nun Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitutunun (TPBİ) dəstəyi ilə Bratislava şəhərində “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində təhsildə korrupsiyaya qarşı mübarizə” adı altında keçirilən beynəlxalq konfransda iştirak ediblər. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransın əsas məqsədi təhsil sahəsində çalışan dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin bir araya gətirilməsindən, təhsildə korrupsiyanın qarşısının alınması yollarının müzakirəsindən, müsbət təcrübələrin təqdim olunmasından, bu sahə üzrə bilik mübadiləsinin aparılmasından ibarət olub.

Konfransda Azərbaycanı yalnız TQDK təmsilçiləri təmsil edib. 2007-ci ildə TPBİ tərəfindən dərc olunmuş “Korrupsion universitetlər, korrupsion məktəblər: Nə etmək olar?” adlı hesabatda Azərbaycanda TQDK-nın fəaliyyəti müsbət tərəfdən qiymətləndirilib. Konfrans tərəfindən yayılan hesabatda qeyd edilib ki, təhsil sahəsində korrupsiya halları ölkənin iqtisadi yüksəlişinə də mane olur: “Təhsildə korrupsiya şagirdlərin bilik və bacarıqlarının zəif inkişafına gətirib çıxarır ki, bunun nəticələrini aradan qaldırmaq baha başa gəlir və ümumi iqtisadi yüksəlişə də ciddi təsir göstərir.
Tədqiqatlara əsasən, son 20 ildə PİSA qiymətləndirmələrində ABŞ məktəblilərinin orta göstəricilərinin çox ciddi şəkildə - 25 pillə yüksəlməsi bu ölkədə bir nəsilin həyatı boyunca ümumi daxili məhsulun 115 trilyon dollar artması ilə nəticələnəcək. Təhsildə korrupsiya dövlət xərclərinə və gəlirlərin ədalətli bölgüsünə də mənfi təsir göstərir”.

Qeyd edək ki, PİSA tədqiqatlarının son nəticələri Azərbaycan üçün də ürəkaçan olmayıb. 2006-cı ildə Azərbaycan balların ümumi cəminə görə PİSA reytinqində 54-cü yerdə idisə, 2009-cu ildə 65 ölkə arasında yalnız Qırğızıstanı qabaqlayaraq 64-c yerə düşmüşdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR