Bank Of Baku

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət barədə məlumat açıqlanıb

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət barədə məlumat açıqlanıb
# 28 noyabr 2011 15:06 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət barədə məlumat açıqlayıb. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 90-135, Böyük Qafqaz çaylarında 90-175, Kiçik Qafqaz çaylarında 110-130, Naxçıvan MR çaylarında isə 95-100 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 148 kubmetr/saniyə olmaqla, ongünlük normanın 80 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 121 kubmetr/saniyə olmaqla, ongünlük normanın 150 faizini təşkil edir.

Kür çayının aşağı axınında, Kür çayının Surra məntəqəsində son 6 gün ərzində suyun səviyyəsi 32, Şirvanda 23, Salyanda 19, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində isə 66 santimetr artıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 571, Şirvanda 463, Bankədə 313, Araz çayının Novruzlu məntəqəsində isə 330 santimetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR