Bank Of Baku

Tiflis meri İçərişəhərlə tanış olub - FOTOSSESİYA

Tiflis meri İçərişəhərlə tanış olub - <font color=red>FOTOSSESİYA</font>
# 28 noyabr 2011 15:17 (UTC +04:00)
Bakı. Kəmalə Quıliyeva – APA. Tiflis şəhərinin meri Georgi Uqulava İçərişəhərlə tanış olub. Azərbaycan Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, qonağın Bakının qədim hissəsi ilə tanışlığı UNESCO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş Bakının simvolu əzəmətli Qız Qalası abidəsinin qeyri adi memarlıq özəllikləri barədə dolğun məlumat verilməsi ilə başlayıb Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki ekpozisiya ilə tanışlıqla davam edib.

Mer Kiçik Qala küçəsində yerləşən təndirdə milli mətbəximizin nümunəsi olan təzə bişmiş təndir çörəyinin dadına baxıb.

Daha sonra nadir memarlıq incisi olan “Şirvanşahlar Sarayı Kompleksi”ndə olan Tiflis merinə Azərbaycanın qədim dövlətçilik tarixi və kompleksin inşaat-memarlıq xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verilib. Kompeksə daxil olan tikililərdən biri olan Saray binasında sərgilənən rəsmlər və tarixi əşyalar qonağın marağına səbəb olub.

Sonda G. Uqulava yeni bərpa olunmuş “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - “İncəsənət Bağı”nda olub, burada İçərişəhərin Fəxri Qonaqlar Kitabına ürək sözlərini yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR