Bank Of Baku

Azərbaycan və Bolqarıstan arasında elm sahəsində saziş imzalanacaq

Azərbaycan və Bolqarıstan arasında elm sahəsində saziş imzalanacaq
# 29 noyabr 2011 07:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Bolqarıstan Elmlər Akademiyasının prezidenti Nikola Sabotinov ilə görüş keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Akademiyanın prezidenti Mahmud Kərimov və AMEA Rəyasət Heyətinin Xarici əlaqələr şöbəsinin rəhbəri Ədalət Həsənov iştirak edib.

Görüşdə iki ölkə arasında yaradılmış elmi əməkdaşlıq əlaqələrinin yeni istiqamətlərinin müəyyənləşdirilməsi, elmi-texniki sferada bilik və təcrübə mübadiləsinin aparılması, həmçinin, Azərbaycan və Bolqarıstan arasında elm sahəsində sazişin imzalanması müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR