Bank Of Baku

Azərbaycan Parisdə keçiriləcək daun sindromlu şəxslərin konsertində iştirak edəcək

Azərbaycan Parisdə keçiriləcək daun sindromlu şəxslərin konsertində iştirak edəcək
# 29 noyabr 2011 07:28 (UTC +04:00)
Bakı - APA-Economics. BMT-nin Təhsil, elm və mədəniyyət təşkilatı (UNESCO) tərəfindən 3 dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar Paris şəhərində 29 noyabr - 4 dekabr tarixlərində müxtəlif ölkələrdən olan daun sindromlu şəxslərin iştirakı ilə konsert təşkil olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə ölkəmizdən olan daun sindromlu şəxslərin iştirakı da təmin edilib.

Tədbirdə Azərbaycandan olan daun sindromlu 12 uşaqdan ibarət «Dəcəllər» rəqs qrupu da konsert proqramı ilə çıxış edəcək. Tədbir çərçivəsində yaradıcı əlillərin, habelə respublikamızdan olan istedadlı əlillərin tətbiqi sənət nümunələrindən ibarət sərginin nümayişi də nəzərdə tutulur.

Eyni zamanda tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası və dolğun həyat şəraitinin təmin olunması sahəsində ölkəmizdə həyata keçirilən dövlət siyasəti barədə tədbir iştirakçılarına geniş məlumat verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR