Bank Of Baku

AMEA İnsan Hüquqları İnstitutu Çin Müasir Beynəlxalq Münasibətlər İnstitutu ilə əməkdaşlığa dair anlaşma memorandumu imzalayacaq

AMEA İnsan Hüquqları İnstitutu Çin Müasir Beynəlxalq Münasibətlər İnstitutu ilə əməkdaşlığa dair anlaşma memorandumu imzalayacaq
# 29 noyabr 2011 08:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva və institutun şöbə müdiri, UNESCO-nun bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri Vüqar Məmmədov Çin Xalq Respublikasında səfərdə olublar. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı onlar Çin Müasir Beynəlxalq Münasibətlər İnstitutunda olub və institutun direktoru Çuy Liju ilə görüşüblər.
Görüş zamanı hər iki institut arasında əlaqələrin genişləndirilməsi, birgə elmi araşdırmaların aparılması, elmi konfranslarda iştirak məsələləri müzakirə edilib. Bu ilin mayında Çin Müasir Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavininin Azərbaycana səfəri çərçivəsində iki qurum arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması razılaşdırılıb. Nümayəndə heyəti həmin institutun nəzdində fəaliyyət göstərən Rusiya Araşdırmalar Mərkəzinin direktoru Fenq Yücün və araşdırmaçı Vanq Liciu ilə görüşüblər. Bu tədqiqat mərkəzi Azərbaycanla bağlı da araşdırmalar aparır. Görüşdə mərkəzdəki Azərbaycanla bağlı məlumatların daha da zənginləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi haqqında müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR