Bank Of Baku

MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun 2012-ci il Fəaliyyət Proqramı Moskvada müzakirə edilir

MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun 2012-ci il Fəaliyyət Proqramı Moskvada müzakirə edilir
# 29 noyabr 2011 08:29 (UTC +04:00)
MDB-yə üzv ölkələr tərəfindən təqdim olunan layihələrin müzakirəsi və seçiminin həyata keçirilməsi Beynəlxalq Ekspert Komissiyasının noyabrın 28-də Moskva başlayan növbəti iclasında müzakirəyə çıxarılıb.

İclasda təhsil, mədəniyyət, gənclər, informasiya, kitabxana, kitab nəşriyyatı və s. mövzular müzakirə olunur.

Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, tədbirdə GİN-in Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri İndira Hacıyeva iştirak edir.

İclas bu gün işinə yekun vurur.

Qeyd edək ki, MDB ölkələri Dövlət Başçıları Şurasının müvafiq Qərarına əsasən 2012-ci il MDB məkanında İdman və Sağlam Həyat Tərzi İli elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR