Bank Of Baku

Bakıda ali məktəb tələbələrinin XXII Respublika elmi konfransı keçirilir

Bakıda ali məktəb tələbələrinin XXII Respublika elmi konfransı keçirilir
# 29 noyabr 2011 09:09 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakı Slavyan Universitetində (BSU) Təhsil Nazirliyinin təşkilatçılığı ilə ali məktəb tələbələrinin XXII Respublika elmi konfrans və konfrans çərçivəsində “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı müsabiqənin elan olunması ilə bağlı tədbir keçirilir. APA-nın məlumatına görə, konfransda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, konfrans ildə bir dəfə keçirilir: “Bu il təşkil olunan 22-ci konfransın özəlliyi ondan ibarətdir ki, bu Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci illiyində keçirilir. Ona görə də biz bu konfrans çərçivəsində keçiriləcək müsabiqəyə elmin müxtəlif sahələri ilə yanaşı “Azərbaycanın müstəqilliyi əbədidir” adlı bölməsi də daxil etmişik. Bu ilki konfrans və müsabiqə həmin bölmə ilə tarixdə qalacaq”.
M. Mərdanovun sözlərinə görə, bölmədə 28 məruzə dinləniləcək.

Elmi konfransa 21 dövlət və qeyri-dövlət ali təhsil müəssisələrindən 506 məruzə təqdim olunub. Tədbir iki gün davam edəcək.

Müsabiqə qaliblərinə Təhsil Nazirliyinin diplomu və pul mükafatı təqdim olunacaq. I yerin qalibi üçün 300 manat olmaqla 1 mükafat, II yerin qaliblərinə hər biri 250 manat olmaqla 2 mükafat, III yerin sahiblərinə isə hər biri 200 manat olmaqla 3 mükafat verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR