Bank Of Baku

“Bütün dünyada qadınlara qarşı zorakılığa yox deyək” adı altında təşkil olunan aksiya ilə bağlı tədbir keçirilib

“Bütün dünyada qadınlara qarşı zorakılığa yox deyək” adı altında təşkil olunan aksiya ilə bağlı tədbir keçirilib
# 29 noyabr 2011 10:42 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi “Bütün dünyada qadınlara qarşı zorakılığa yox deyək” adı altında təşkil olunan aksiya ilə bağlı mətbuat konfransı keçirib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən ictimai birliyin sədri Mehriban Zeynalova 16 günlük aksiyaya başladıqlarını bildirib: “Zorakılıq inkişaf etmiş ölkələrdə nisbətən aşağı səviyyədədir. Bəzən qadınlar utandıqları, ictimai qınaqdan çəkindikləri üçün qarşılaşdıqları zorakılıq barədə məlumat vermirlər”.

Tanınmış jurnalist İlhamiyyə Rzayeva zorakılıq əleyhinə aksiyanın bütün dünyada keçirildiyini söyləyib: “Bizim aksiyamız noyabrın 25-dən başlayıb. Biz qadınların möhkəm olmalarını, zorakılığa qarşı mübarizə aparmalarını istəyirik”.

Tədbirdə çıxış edən digər şəxslər də qadınların zorakılığa məruz qalmasını pisləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR