Bank Of Baku

Mahmud Kərimov: “Qeyri-akademik qurumların “Akademiya şəhərciyi”ndən köçürülməsinə gələn il başlanacaq”

Mahmud Kərimov: “Qeyri-akademik qurumların “Akademiya şəhərciyi”ndən köçürülməsinə gələn il başlanacaq”
# 29 noyabr 2011 11:01 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib. Onun sözlərinə görə, MTN-nin Strateji Araşdırmalar Mərkəzi ilə bağlı milli təhlükəzilik naziri ilə danışıqlar aparılıb: “Onların ölkə prezidentinin qeyri-akademik qurumların “Akademiya şəhərciyi”ndən çıxarılması ilə bağlı sərəncamı barədə məlumatları var. Bu sərəncam icra olunmalıdır. Amma bunun üçün vaxt lazımdır. Bu qurumun öz binası tikilməlidir. Yəqin onlar gələn ilin sonlarında artıq şəhərcikdən köçəcəklər”.

M. Kərimov bildirib ki, Dövlət Reyestr Xidmətinin də köçməklə bağlı bəzi problemləri var. Amma bu qurum da AMEA-ya köçəcəyi ilə bağlı söz verib.

Moskva Dövlət Universitetinin Bakı filialına gəlincə, M. Kərimov deyib ki, bu qurumun AMEA ilə müəyyən bağlılığı olduğu üçün onun “Akademiya şəhərciyi”ndə qalması etiraz doğurmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR