Bank Of Baku

AMEA-da Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

AMEA-da Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
# 29 noyabr 2011 11:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (MEA) Rəyasət Heyətində tanınmış alim Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA prezidenti Mahmud Kərimov bildirib ki, özünün zəngin elmi fəaliyyəti ilə A. Zamanov milli ədəbiyyatşünaslığın bir məktəb kimi formalaşmasında, yüksək ixtisaslı kadrların azərbaycançılıq ruhunda hazırlanmasında böyük xidmətlər göstərib.
Təhsil naziri Misir Mərdanov isə qeyd edib ki, A. Zamanov Azərbaycanın çox dəyərli ziyalılarından biridir: “Abbas Zamanov vaxtilə ermənilərin Naxçıvanla bağlı hiylələrinin qarşısını almaq üçün özünü oda-alova atmış insan idi. Sovet hökumətinin vaxtında o, bu məsələni qaldırmışdı. Məhz onun atdığı addım nəticəsində bu gün Naxçıvan Muxtar Respublikasında ciddi problemlər yaranmayıb. O, eyni zamanda tanınmış bir alim idi. 1960-cı illərdə ermənilərə qarşı çıxışına görə ona cəza verdilər, onu Kommunist Partiyasının üzvlüyündən və universitetdən çıxardılar. Amma sonrakı illərdə hamı Abbas Zamanov gələndə az qala fəxri qarovula dururdu”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR