Bank Of Baku

Ağcabədi və Yevlaxda əlillər və şəhid ailələri üçün 2 yaşayış binası inşa edilib

Ağcabədi və Yevlaxda əlillər və şəhid ailələri üçün 2 yaşayış binası inşa edilib
# 29 noyabr 2011 11:40 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bu gün Ağcabədi və Yevlax rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli olan iki yaşayış binası əlil və şəhid ailələrinə təqdim olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, indiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub.

Bu ilin sonunadək Quba, Göygöl, Samux rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli və müxtəlif bölgələrdə 10 ədəd fərdi ev bu təbəqələrdən olan insanların istifadəsinə veriləcək. Yaxın günlərdə Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli, Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binalarının tikintisinə başlanacaq. 2012-ci ildə isə Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli yaşayış binalarının inşası başa çatacaq.

Bu il ərzində 304 ədəd LİFAN markalı minik avtomobilinin müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Bu vaxtadək 3244 minik avtomobili Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə təqdim edilib. Eyni zamanda 7500-ə yaxın əlil arabası ehtiyacı olan əlillərə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR