Bank Of Baku

Azərbaycan Təhsil və Səhiyyə nazirlikləri şagirdin ölümünə münasibət bildirib

Azərbaycan Təhsil və Səhiyyə nazirlikləri şagirdin ölümünə münasibət bildirib
# 29 noyabr 2011 13:00 (UTC +04:00)
Bunu APA-ya Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov deyib. Onun sözlərinə görə, Lökbatan qəsəbəsi ərazisində yerləşən 7 saylı peşə məktəbinin şagirdləri qəsəbə poliklinikasında peyvənd olunublar: “Namiq Salmanov məktəbə qayıdandan sonra dünyasını dəyişib. Amma şagirdin ölümünə səbəbin ona vurulan peyvəndin olub-olmadığını deyə bilmərik. Bütün bunlar məhkəmə tibbi ekspertizasının rəyindən sonra bilinəcək”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, şagirdə peyvənd vurulmayıb: “Ona vərəm çöplərinin mövcudluğuna dair manto sınağı qoyulub. Manto sınağı dəri altına cüzi miqdarda yeridilir. Bundan ölüm halının baş verməsi ehtimalı minimumdur. Həmin gün ümumilikdə 58 nəfərə, adıçəkilən peşə məktəbindən isə 19 nəfərə manto sınağı qoyulub. Onların heç birində hər hansı hal baş verməyib”.

S. Əhmədovanın sözlərinə görə, N. Salmanovun ölümü ilə bağlı məhkəmə tibbi ekspertizasının rəyi hələ açıqlanmayıb: “Şagirdin ölüm səbəbləri hələ məlum deyil. Araşdırma aparılır”.

Qeyd edək ki, noyabrın 28-də Lökbatan qəsəbəsi 7 saylı peşə məktəbinin şagirdi, 1995-ci il təvəllüdlü Salmanov Namiq Nadir oğlu poliklinikadan məktəbə qayıtdıqdan sonra qəflətən halı pisləşib və vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR