Bank Of Baku

Çin yaşayış minimumunu iki dəfə artırır

Çin yaşayış minimumunu iki dəfə artırır
# 29 noyabr 2011 13:32 (UTC +04:00)
Bakı - APA-Economics. Çin kənd rayonlarında gündəlik yaşayış minimumunu 1 dollara çatdırmağı planlaşdırır.

APA-Economics”in “Sinxua” agentliyinə istinadən xəbərinə görə, bununla da illik yaşayış minimumu 200 dollardan 360 dollara yüksələcək.

İllik yaşayış minimumunun təxminən iki dəfə (92%) yüksəldilməsi Çində yoxsulların sayını 100 mln. nəfərə çatdıracaq. Bu isə hökumətdən kənd yerlərində yaşayan ailələr üçün əlavə maliyyə yardımları, subsidiyalar ayrılmasını və yeni vergi güzəştlərini tələb edir.

Qeyd edək ki, Çin hökuməti yoxsulluqla mübarizəni milli siyasətin əsas prioritetlərindən elan edib. son 30 ildə ölkədə müşahidə olunan iqtisadi artım milyonlarla insana yoxsulluq həddindən çıxmaq imkanı verib, eyni zamanda varlılarla kasıblar arasındakı fərqi yüksəldib. Bu il büdcənin gəlirlərinin 1,6 trln. dollar təşkil edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR