Bank Of Baku

Füzuli Ələkbərov: “Təəssüf ki, işçilərimiz arasında səhlənkarlığa yol verənlər olur”

Füzuli Ələkbərov: “Təəssüf ki, işçilərimiz arasında səhlənkarlığa yol verənlər olur”
# 29 noyabr 2011 14:21 (UTC +04:00)
Ağcabədi. Teymur Zahidoğlu - APA. “Bizim bütün işçilərimiz bilməlidirlər ki, onlar Azərbaycanda hər bir evin, hər bir ailənin problemləri ilə maraqlanmalıdırlar”. APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri bu gün Ağcabədi rayonunda səfərdə olan əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərov jurnalistlərə açıqlamasında söyləyib.

O bildirib ki, vəzifəsinin öhdəsindən layiqincə gəlməyən əməkdaşlar qanunun tələb etdiyi şəkildə cəzalandırılacaqlar: “Çünki bəzən haqsız şikayətlərlə yanaşı, haqsız tələblər də olur. Çox təəssüf ki, bizim işçilərimiz arasında da səhlənkarlığa yol verənlər, vətəndaşların problemlərinə çox səthi yanaşanlar olur”.

Qarabağ müharibəsi veteranlarının, müharibə əlillərinin, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına toxunan nazir deyib ki, hazırda respublika ərazisində bu qəbildən olan 411 mənzil tikilir və yaxın gələcəkdə sahiblərinin ixtiyarına veriləcək: “Dövlət Proqramı çərçivəsində bu cür mənzillərin inşasının iki dəfə artırılması planlaşdırılır. Gələn il üçün ümumilikdə sözügedən kateqoriyadan olan vətəndaşın evlə təmin olunması nəzərdə tutulub”.

F.Ələkbərov bölgəyə səfəri çərçivəsində Ağcabədi və Yevlax rayonlarında hər biri 4 mərtəbəli, 36 mənzilli iki yaşayış binasının açılışında iştirak edib. O, mənzillərin açarlarını şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR