Bank Of Baku

Bu il Azərbaycanda iş yerlərində baş vermiş 300 bədbəxt hadisə nəticəsində 83 nəfər ölüb

Bu il Azərbaycanda iş yerlərində baş vermiş 300 bədbəxt hadisə nəticəsində 83 nəfər ölüb
# 30 noyabr 2011 07:33 (UTC +04:00)
APA-Economics”-in xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev bildirib. R. Tağıyev deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu say 73 hal artıb.

Onun sözlərinə görə, bu halların qarşısının alınması üçün Dövlət Əmək Müfəttişliyi sosial tərəfdaşlarla, yəni həmkarlar ittifaqları, sahibkarlar konfederasiyası ilə birgə tez-tez tədbirlər keçirir. R. Tağıyev qeyd edib ki, iş yerlərində bədbəxt hadisələrin sayının çoxluğu işə götürənlərin iş yerlərində əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik qaydaları yaradılması tədbirlərinə laqeyd münasibət göstərməsi nəticəsində baş verir.

Nazirlik rəsmisi bu ilin 10 ayı ərzində 300-ə qədər bədbəxt hadisə baş verdiyini, Nəticədə 83 nəfərin dünyasını dəyişdiyini bildirib: “Bu hallar ən çox tikinti və neft sektorunda baş verib. Təkcə 7 nəfər daş karxanasında ölüb. Karxanalarda fəhlələr kombayna düşüblər. Biz bir neçə daş karxanasında həmin kombaynların fəaliyyətini dayandırmışıq”.

R. Tağıyev iş yerlərində baş vermiş bədbəxt hadisələrlə bağlı prokurorluq orqanlarında da araşdırmalar aparıldığını, həbs tədbirlərinin görülməsini istisna etmədiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR