Bank Of Baku

Azərbaycanda Əməyin Mühafizəsi üzrə Sosial Şura yaradılır

Azərbaycanda Əməyin Mühafizəsi üzrə Sosial Şura yaradılır
# 30 noyabr 2011 07:41 (UTC +04:00)
APA-ECONOMİCS-in xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev jurnalistlərə açıqlamasında deyib. R. Tağıyev bildirib ki, şuranın əsasnaməsi beynəlxalq təşkilatlarla birgə hazırlanıb. Onun sözlərinə görə, şura bu ilin sonuna kimi fəaliyyətə başlayacaq. Nazirlik rəsmisi vurğulayıb ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin şura ilə birlikdə fəaliyyəti nəticəsində iş yerlərində təhlükəsizliyin təmin olunmasına diqqət artırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR