Bank Of Baku

Yaşayış üçün ən əlverişli şəhərlərin siyahısı açıqlanıb

Yaşayış üçün ən əlverişli şəhərlərin siyahısı açıqlanıb
# 30 noyabr 2011 09:15 (UTC +04:00)
Bakı - APA-Economics. Yaşayış üçün əlverişli olan dünya şəhərlərinin siyahısı açıqlanıb. “APA-Economics”in xəbərinə görə, “Mercer” şirkəti tərəfindən tərtib olunan siyahıya Vyana başçılıq edir.

Avstriya paytaxtı yaşayış standartlarına görə ən yaxşı şəhər sayılıb. İkinci yerdə Sürix (İsveçrə), üçüncü yerdə Oklend (Yeni Zelandiya) qərarlaşıb.

İlk onluğu Münhen, Düsseldorf (Almaniya), Vankuver (Kanada), Frankfurt (Almaniya), Cenevrə, Bern (İsveçrə) və Kopenhagen (Danimarka) tamamlayır.

Yaşayış üçün ən əlverişsiz şəhər isə Bağdad sayılıb - 221-ci yer.

Qeyd edək ki, şəhərlər infrastrukturun inkişafı, sosial və tibbi müəssisələr, eləcə də onlarda yaxşı maaşlı iş tapmaq imkanlarına görə qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR