Bank Of Baku

Azərbaycanın bəzi rayonlarında qar yağacaq

Azərbaycanın bəzi rayonlarında qar yağacaq
# 30 noyabr 2011 09:19 (UTC +04:00)
Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gecə 0-4, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir, axşama doğru 0 dərəcəyə yaxınlaşacaq.

Dekabrın 2-də gün ərzində havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 1-də havanın yağıntılı olacağı, bəzi dağətəyi rayonlarda sulu qar, dağlıq rayonlarda isə qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 17-22 dərəcə şaxta olacağı gözlənilir.

Dekabrın 2-də yağıntıların tədricən kəsiləcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 17-22 dərəcə şaxta olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR