Bank Of Baku

Azərbaycan yaşayış üçün ən əlverişli ölkələr siyahısında 91-ci yeri tutub

Azərbaycan yaşayış üçün ən əlverişli ölkələr siyahısında 91-ci yeri tutub
# 30 noyabr 2011 09:56 (UTC +04:00)
Bu məruzəyə əsasən, yaşayış üçün ən əlverişli ölkələrin reytinqi hazırlanıb.

«APA-Economics»in RBK-ya istinadən verdiyi məlumata görə, siyahıda birinci yerdə Norveç qərarlaşıb. Bu ölkə 2001-ci ildən 2006-cı ilədək sözügedən reytinqdə birinci olub. Lakin daha sonra İslandiya Norveçi qabaqlayıb və yalnız 2008-ci ildə Norveç siyahıda yenidən lider mövqelərinə qayıda bilib. Hazırda Norveçdə adambaşına düşən gəlirin orta illik həcmi 57 130 ABŞ dolları təşkil edir. Bu ölkənin ən bahalı ölkələrdən biri hesab olunmasına baxmayaraq, Norveçdə inflyasiya və işsizliyin səviyyəsi aşağıdır.

Bundan başqa, siyahıda ilk beşlikdə Avstraliya, Niderland, ABŞ və Yeni Zelandiya yer alıb. Reytinqi Burundi, Niger və Konqo tamamlayır.

Qeyd edək ki, 0,700 insan inkişafı indeksi ilə Azərbaycan 91-ci yerdə qərarlaşıb. Məruzəyə əsasən, Norveçdə insan inkişafı indeksi 0,943, Avstraliyada – 0,929, Niderland və ABŞ-da – 0,910, Yeni Zelandiyada – 0,908, Burundidə – 0,316, Nigerdə – 0,295, Konqoda isə 0,286-ya bərabərdir. Siyahıda ümumilikdə 187 ölkə yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR