Bank Of Baku

Qulu Novruzov: “Peşə məktəbi şagirdinin ölümünün təhsilə heç bir aidiyyatı yoxdur”

Qulu Novruzov: “Peşə məktəbi şagirdinin ölümünün təhsilə heç bir aidiyyatı yoxdur”
# 30 noyabr 2011 10:14 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Təhsil Nazirliyi Bakıdakı 7 saylı peşə məktəbinin şagirdi, 1995-ci il təvəllüdlü Salmanov Namiq Nadir oğlunun qəflətən ölümü ilə bağlı araşdırma aparır. APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov jurnalistlərə açıqlamasında deyib. Q. Novruzov deyib kİ, Təhsil Nazirliyi baş vermiş hadisəni pisləyir: “Bu hadisənin təhsilə aidiyyatı yoxdur. Amma bununla bağlı araşdırma aparılır. Aparılan araşdırmanın, ekspertizanın nəticələri açıqlanacaq”.

Qeyd edək ki, noyabrın 28-də Lökbatan qəsəbəsi 7 saylı peşə məktəbinin şagirdi, 1995-ci il təvəllüdlü Salmanov Namiq Nadir oğluna poliklinikada vərəm çöplərini yoxlamaq üçün manto sınağı qoyulub. Məktəbə qayıtdıqdan sonra N. Salmanovun qəflətən halı pisləşib və vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR