Bank Of Baku

Bakıda “Avropa Sosial Xartiyası” mövzusunda seminar keçirilib

Bakıda “Avropa Sosial Xartiyası” mövzusunda seminar keçirilib
# 30 noyabr 2011 10:54 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təşkilatçılığı ilə “Avropa Sosial Xartiyası” mövzusunda seminar keçirilib.

APA-Economics”in məlumatına görə, seminarda çıxış edən ombudsman Elmira Süleymanova bildirib ki, Azərbaycanın Avropa Şurasına üzvlüyünün və Dəyişdirilmiş Avropa Sosial Xartiyasının imzalanmasının, həmçinin ombudsman haqqında ilk qanunun qəbul olunmasının 10 illiyi tamam olur.

Azərbaycanda əhalinin müxtəlif qrupları üzrə 50-dək dövlət proqramının həyata keçirildiyini deyən E.Süleymanova qeyd edib ki, onlar əsasən uşaqların, əlil və qadınların hüquqlarının müdafiəsi ilə bağlıdır: “Son qoşulduğumuz konversiya əlillərin hüquqlarının müdafiəsi ilə bağlıdır. Onun sürətlənləndirilməsi üçün Milli Məclisə müraciət etmişik. Bunları həyata keçirmək üçün şəbəkə yaratmışıq. Şəbəkə 30-dək əlil təşkilatını özündə birləşdirir”.

Əmək və əhalinin sosial müdafiəsi nazirlinin müavini İlqar Rəhimov bildirib ki, Azərbaycan 2004-cü ildən Avropa Sosial Xartiyasının 18 maddəsinə qoşulub. Bu günədək Azərbaycan xartiyanın icrası ilə bağlı 4 məruzə hazırlayıb və təqdim edib: “Avropa məkanında sosial hüquqların demokratik proseslər müstəvisində geniş şəkildə təsbit edilməsi və təminatında xüsusi önəm kəsb edən Dəyişdirilmiş Avropa Sosial Xartiyasının müddəalarının icrası istiqamətində ölkəmizdə konkret işlər görülür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR