Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu və Macarıstan Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsi arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu və Macarıstan Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsi arasında əməkdaşlıq memorandumu imzalanıb
# 30 noyabr 2011 10:57 (UTC +04:00)
Bakı - APA-Economics. Noyabrın 27-30-da Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstan Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsinin baş direktoru Yozef Mezaroşun (Jozsef Meszaros) dəvəti ilə Macarıstanda səfərdə olub.

Azərbaycanın Macarıstandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində S.Müslümov Macarıstan Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsinin Baş direktoru Yozef Mezaroş, Mərkəzi Pensiya Hesablanması və İnformasiya İdarəsinin Direktoru Molnar Marta və Macarıstan Maliyyə Nəzarət İdarəsinin baş müşaviri Yozef Banyar (Jozsef Banyar) ilə görüşlər keçirib.

Görüşlər zamanı iki ölkənin pensiya təminatı və sosial sığorta sistemləri ətraflı müzakirə edilib, fikir və məlumat mübadiləsi aparılıb, ekspertlər səviyyəsində danışıqlar keçirilib. Səfərin sonunda DSMF ilə Macarıstan Milli Pensiya Sığortası üzrə Mərkəzi İdarəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Səfər çərçivəsində S.Müslümov Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri, Macarıstan Milli İqtisadiyyat Nazirliyinin dövlət katibi xanım Roza Nad (Roza Nagy) ilə görüşüb. Görüş zamanı sosial müdafiə sahəsində əməkdaşlığın ümumi iqtisadi əlaqələrin mühüm bir hissəsi olduğu vurğulanıb, bu sahədə əməkdaşlığın daha da gücləndiriləcəyi bildirilib. Həmçinin Azərbaycan və Macarıstan arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin yaxın gələcəkdə imzalanması üçün hazırlanması barədə ilkin razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR