Bank Of Baku

“Azərbaycan-çiçəklənən diyar” mövzusunda keçirilən respublika rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Azərbaycan-çiçəklənən diyar” mövzusunda keçirilən respublika rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 30 noyabr 2011 11:01 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün ali məktəb tələbələri arasında “Azərbaycan -çiçəklənən diyar” mövzusunda təşkil olunan respublika rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov müsabiqənin keçirilməsində əsas məqsədin gənclərə dövlətçilik, vətənpərvərlik ruhunu aşılamaqdan ibarət olduğunu deyib: “Müsabiqədə Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri iştirak etməyiblər. Biz istəyirik ki, digər sahələr üzrə təhsil alan, ixtisası rəssamlıq olmayan şəxslərin bacarığını üzə çıxaraq”.

Qeyd edək ki, müsabiqə nəticəsində 12 qalib müəyyənləşib. Onlara Təhsil Nazirliyinin diplomları və hədiyyələr təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR