Bank Of Baku

Beyləqanda qanvermə aksiyası keçirilib

Beyləqanda qanvermə aksiyası keçirilib
# 30 noyabr 2011 12:09 (UTC +04:00)
Beyləqan. Teymur Zahidoğlu - APA. Beyləqanda Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hüseyn Ələkbərov APA-nın Qarabağ bürosuna bildirib ki, günorta saatlarınadək, 50 nəfərə yaxın rayon sakini könüllü qan verib. Günün ikinci yarısından sonra bu rəqəmin 100-ə çatacağı ehtimal olunur. Qanvermə aksiyasında qanın götürülməsi işini B.Eyvazov adına Respublika Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının əməkdaşları həyata keçirib. Qanvermə aksiyası əsasən talassemiyalı və başqa irsi qan xəstəliklərinin daşıyıcısı olan şəxslərə kömək məqsədilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR