Bank Of Baku

Abel Məhərrəmov: “Magistrlərə hərbi xidmətdən möhlət verilməsi məsələsinə yenidən baxılmalıdır”

Abel Məhərrəmov: “Magistrlərə hərbi xidmətdən möhlət verilməsi məsələsinə yenidən baxılmalıdır”
# 30 noyabr 2011 12:20 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov bildirib. Onun sözlərinə görə, hazırda ali məktəbləri fərqlənmə diplomu ilə bitirən məzunların 80 faizi qızlardır: “Bu, reallıqdır. Oğlanlar təhsildən nəyə görəsə yayınırlar. Yaxud da bakalavriaturanı bitirən oğlanlar magistraturaya getmirlər və ya qiyabi şöbəni seçirlər. Bu də gələcəkdə təhsildə destruktiv proseslərə gətirib çıxara bilər. Mən hesab edirəm ki, Milli Məclisdə magistrlərə möhlət verilməsi məsələsinə yenidən baxılmalıdır. Tələbələr tək magistraturada deyil, doktorantura və dissertantura pillələrində hərbi xidmətdən möhlət almalıdır. Əks təqdirdə bu proses təhsilə xələl gətirə bilər”.

Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov də magistrlərin təhsillərini davam etdirməsinin tərəfdarı olduğunu deyib: “Hər bir gənc öz ölkəsinə borcunu verməlidir. Bunu hər birimiz anlayırıq. Amma bununla yanaşı, təhsilin ardıcıllığı da çox vacibdir. Magistratura pilləsində oxuyan hər bir gənc bizim üçün ona görə qiymətlidir ki, tam şəkildə mütəxəssis kimi formalaşır. Bu mütəxəssisin formalaşdırılması üçün ardıcıl tədris prosesi lazımdır. Mənə elə gəlir ki, magistrlərə möhlət hüququnun verilməsi hələ Milli Məclisdə müzakirə olunacaq, bununla bağlı yekin qərar hələ yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR