Bank Of Baku

Bakı Dövlət Universitetinin bütün fakültələrində ingilis dili qrupları yaradılacaq

Bakı Dövlət Universitetinin bütün fakültələrində ingilis dili qrupları yaradılacaq
# 30 noyabr 2011 12:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Gələn il Bakı Dövlət Universitetinin (BDU) bütün fakültələrində ingilis dili qrupları yaradılacaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BDU-nun rektoru Abel Məhərrəmov bildirib. O bildirib ki, artıq bununla bağlı ilk addımlar atılıb: “BDU-da 17 fakültə var, 9 fakültənin I kursunda artıq ingilis dili qrupları yaradılıb. BDU-da hazırda Azərbaycan, rus və ingilis dillərində tədris aparılır. İngilis qruplarında tələbələrin iştirakı sərbəstdir, amma 25 nəfərdən ibarət həmin qruplar 9 fakültədə artıq formalaşıb. Gələn il qalan 8 fakültədə də ingilis dili qruplarının yaradılması istiqamətində əməli işlər aparılır. Əminəm ki, gələn ildən bütün fakültələrdə 3 dildə tədris prosesi gedəcək”.

Rektor qeyd edib ki, hazırda Azərbaycan bütün müstəvilərdə dünyaya inteqrasiya edir: “Ona görə də biz bu istiqamətində əməli tədbirlər həyata keçiririk. İngilis dili qruplarının tələbələri asanlıqla dünyanın aparıcı universitetlərinə köçürülə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR