Bank Of Baku

Qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan gənclərlə bağlı “Abituriyent” jurnalının 11-ci sayı çap olunub

Qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan gənclərlə bağlı  “Abituriyent” jurnalının 11-ci sayı çap olunub
# 30 noyabr 2011 13:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan gənclər haqqında məlumatları əks etdirən “Abituriyent” jurnalının 11-ci sayını çap edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəşrin əsas məqsədi istedadlı gənclərin ictimaiyyətə tanıdılması, onların təcrübəsinin öyrənilməsi, təbliği, digər tərəfdən isə yeniyetmələrin təhsilə daha da həvəsləndirilməsidir.

Jurnalda hər bir yüksək ballı gəncin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi orta məktəb haqqında məlumatlar, bilik yarışı rekordçuları ilə müsahibələr, onların gələcək abituriyentlərə məsləhət və tövsiyələri, imtahanların gedişi barədə rəyləri və təklifləri verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR