Bank Of Baku

Abel Məhərrəmov: “BDU-da tibb fakültəsinin yaradılması ilə bağlı dövlət səviyyəsində müvafiq qərar olacaq”

Abel Məhərrəmov: “BDU-da tibb fakültəsinin yaradılması ilə bağlı dövlət səviyyəsində müvafiq qərar olacaq”
# 30 noyabr 2011 13:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Bakı Dövlət Universitetində (BDU) tibb fakültəsinin yaradılması ilə bağlı dövlət səviyyəsində müvafiq qərar olacaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BDU-nun rektoru Abel Məhərrəmov bildirib.
Onun sözlərinə görə, dünyanın əksər universitetlərində tibb fakültəsi var: “Biz də bu düşüncə ilə yaşayırıq. Dünyanın bütün klassik universitetlərində həmişə tibb fakültəsi olub. Məsələn, Moskva Dövlət Universitetində 10 ilə yaxındır tibb fakültəsi var və digər tibb müəssisələrindən öncül yerə çıxır. Burada təkcə tibbdən söhbət getmir, tibbə aid olan digər fənlərdən söhbət gedir. Kimya, fizika, molekulyar biologiya, immunologiyanın tibbə müdaxiləsi tibb elmini inkişaf etdirir. Hazırda BDU-da biologiya, kimya, fizika, nanotexnologiyalar sahəsində böyük elmi məktəblər formalaşıb. Bu elmi məktəblər tibbə öz töhfəsini vermək istəyir. Gərək tibbi obyekt olsun ki, onlar bu işi görə bilsinlər. Bizi təkcə tibbi fakültəsi əldə etmək düşüncəsi maraqlandırmır, həm də o maraqlandırır ki, təbiət elmləri tibbə müdaxilə edə bilsinlər və bu elmin güclənməsinə öz dəstəyini versinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR