Bank Of Baku

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin 20 illik yubileyi qeyd edilib

BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin 20 illik yubileyi qeyd edilib
# 30 noyabr 2011 13:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı Dövlət Universitetində (BDU) Sosial elmlər və psixologiya (SEP) fakültəsinin yaranmasının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdən öncə fakültədə Heydər Əliyev guşəsinin açılışı olub. Tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, Sosial elmlər və psixologiya fakültəsi yenicə müstəqillik qazanmış ölkədə baş verən hadisələr fonunda suveren dövlət üçün sosial-siyasi münasibətlər ixtisasları üzrə kadr hazırlığına ehtiyacdan yaranıb. Fəaliyyəti dövründə Azərbaycan üçün minlərlə yüksək ixtisaslı mütəxəssis hazırlayan SEP fakültəsi həm də uzun illər ərzində bir sıra xarici ölkələr üçün yüzlərlə kadrlar yetişdirib, regionun elmi mərkəzinə çevrilib.

Sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə isə deyib ki, fakültənin 8 kafedrası, 3 elmi-tədqiqat strukturu var. Fakültənin psixologiya, sosiologiya, sosial iş, fəlsəfə və politologiya ixtisaslarının yetirmələri bir çox fəaliyyət sahələrində uğurla çalışır.

Rəsmi hissənin sonunda fakültənin 20 illiyi münasibətilə bir sıra əməkdaşlar fəxri fərman və pul mükafatları ilə təltif edilib. Yubiley tədbiri bədii hissə ilə sona çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR