Bank Of Baku

AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq sazişi imzalanıb

AMEA ilə Bolqarıstan Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq sazişi imzalanıb
# 30 noyabr 2011 14:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Bolqarıstan Elmlər Akademiyası (BEA) arasında elm sahəsində əməkdaşlıq sazişi imzalanıb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BEA-nın prezidenti Nikola Sabotinovla görüşdə çıxış edən Akademiyanın prezidenti Mahmud Kərimov bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, elm sahəsində də qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, bilik və təcrübə mübadiləsinin aparılması, birgə layihələrin hazırlanması zəruridir.
N. Sabotinov isə BEA-da 6500 əməkdaşın fəaliyyət göstərdiyini, bunlardan 2900 əməkdaşın elmi dərəcə və titul daşıdığını, NATO və Avropa Birliyi proqramlarında iştirak etdiklərini diqqətə çatdırıb. O deyib ki, BEA-nın 35 ölkə ilə elmi tərəfdaşlıq əlaqələri yaradılıb. Ümumiyyətlə, Bolqarıstan dövlətinin elmi əməkdaşlıq siyasətini BEA həyata keçirir, indiyədək 40 xarici ölkə elmlər akademiyaları və milli elmi institutları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurulub. Akademiyanın nəzdində regional elmi araşdırmalar mərkəzi də fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR