Bank Of Baku

Azərbaycanda orta məktəblərin akkreditasiyası üçün meyarlar təsdiqlənib

Azərbaycanda orta məktəblərin akkreditasiyası üçün meyarlar təsdiqlənib
# 30 noyabr 2011 14:20 (UTC +04:00)
Bu haqda APA-ya Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanda orta məktəblərin akkreditasiyasına yaxın günlərdə başlanılacaq.

H. Zərbəliyev deyib ki, ümumtəhsil müəssisələrinin akkreditasiyası tərtib edilən qrafikə uyğun həyata keçiriləcək.

Prosesi ilkin olaraq 11 pilot məktəbi əhatə edəcək. Həmin məktəblər Gəncə şəhər 27 saylı, Şirvan şəhər 16 saylı, Bakı şəhər 225 saylı tam orta məktəblər, Sumqayıt şəhər Təbiət fənləri təmayüllü gimnaziya, Bakı şəhər 164 saylı, Mingəçevir şəhər 10 saylı, Ağdaş rayon 1 saylı, Lənkəran rayon 4 və 6 saylı, Şəki şəhər 3 saylı, Quba rayon 2 saylı tam orta məktəblərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR