Bank Of Baku

Azərbaycanda insan alveri qurbanlarına yardım və sosial reinteqrasiya modelinin inkişafına dair regional müşavirə keçirilir

Azərbaycanda insan alveri qurbanlarına yardım və sosial reinteqrasiya modelinin inkişafına dair regional müşavirə keçirilir
# 01 dekabr 2011 07:07 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza və Beynəlxalq Miqrasiya Təşkilatının Cənubi və Şərqi Avropa və orta Asiya üzrə regional direktoru Renate Held iştirak edir.

İki gün davam edəcək müşavirənin keçirilməsində məqsəd, beynəlxalq ekspertlərin öz ölkələri kontekstində əməyin istismarı, orqan transplantasiyası, cinsi istismarla bağlı cari vəziyyət və müvafiq tendensiyalara dair məlumatların bölüşməsinə şərait yaratmaqdır.

Tədbirdə çıxış edən M. Brayza qeyd edib ki, bu layihə ABŞ Dövlət Departamentinin dəstəyə ilə gerçəkləşib. O, insan alveri ilə mübarizənin çox vacib məsələ olduğunu vurğulayıb: “Bu, bir növ quldarlıqla mübarizəyə bənzəyir. ABŞ-ın dövlət katibi Hillari Klinton bu mübarizədə qətiyyətini ortaya qoyub. Etiraf etməliyəm ki, bu problem dünyanın hər bir ölkəsində mövcuddur. ABŞ-da da insan alverinə qarşı ciddi tədbirlər həyata keçirilir. Onu da deməliyəm ki, Azərbaycan da bu istiqamətdə daha effektiv mübarizə aparır”.

Səfirin sözlərinə görə, 2010-cu ildə dünyada 33 min insan alveri qurbanı müəyyən edilib, 3600 cinayət işi açılıb. Məcburi əmək cinayətlərinə görə, 700 nəfər məsuliyyətə cəlb edilib. M. Brayza onu da bildirib ki, cinsi xidmətlərin göstərilməsində zorakılıq yolverilməzdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR