Bank Of Baku

Azərbaycanda əməyin mühafizəsi üzrə 82 minə yaxın pozuntu aşkarlanıb

Azərbaycanda əməyin mühafizəsi üzrə 82 minə yaxın pozuntu aşkarlanıb
# 01 dekabr 2011 08:27 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA-Economics. 1993-cü ildən 2010-cu ilə kimi həmkarlar ittifaqları orqanlarının texniki əmək müfəttişləri tərəfindən müəssisə və təşkilatlarda 13,6 min yoxlama aparılıb. “APA-Economics”-in xəbərinə görə, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib.

Onun sözlərinə görə, yoxlama zamanı əməyin mühafizəsi üzrə 82 minə yaxın pozuntu faktı müəyyənləşdirilib. Əməyin mühafizəsi tələblərinə işə götürən tərəfindən əməl olunmadığına görə onlara təqdimat verilib və bu məsələ həmkar ittifaqları tərəfindən nəzarətdə saxlanılıb: “Son 18 ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xidmətinə daxil olan müəssisə və təşkilatlarda istehsalatda zədə alanların sayı 5,3 dəfə, ölüm hadisəsi isə 7,2 dəfə azalıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR