Bank Of Baku

Azərbaycanda ötən il istehsalatda 264 xəsarət alma baş verib, bunlardan 83-ü ölümlə nəticələnib

Azərbaycanda ötən il istehsalatda 264 xəsarət alma baş verib, bunlardan 83-ü ölümlə nəticələnib
# 01 dekabr 2011 08:40 (UTC +04:00)
Ölümlərdən 15-i Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xidmətinə daxil olan müəssisə və təşkilatlarda qeydə alınıb”. “APA-Economics”-in xəbərinə görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib.

S. Mehbalıyev qeyd edib ki, bir sıra nazirlik, komitə, şirkət, səhmdar cəmiyyət və qeyri-dövlət müəssisəsində son 10 il ərzində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına aid nə bir yeni təlimatın, nədə digər normativ aktların işlənib hazırlanmasına təşəbbüs göstərilib.

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bu sahədə yeni dövlət standartları müəyyən etməsi digər müvafiq icra hakimiyyəti orqanlarında sahə və müəssisələrarası standartların tərtib edilməsinə zəmin yaratmayıb. S. Mehbalıyev deyib ki, iqtisadiyyatın qeyri-dövlət sektorunda işə götürənlər bədbəxt hadisələri təhqiq etməmək və uçota almamaqla gizlədirlər: “Bundan başqa, zərərçəkənlərə ziyana görə çatacaq ödənclərin, zərərli və təhlükəli iş şəraitinə görə güzəşt və kompensasiyaların verilməsini uzun müddət yubadırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR