Bank Of Baku

Səttar Mehbalıyev: “Ən çox ölüm hadisəsi tikintidə baş verir”

Səttar Mehbalıyev: “Ən çox ölüm hadisəsi tikintidə baş verir”
# 01 dekabr 2011 09:08 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “İş başında ölüm hadisəsi ən çox tikintidə baş verir. 2011-ci ilin 10 ayında bu sahədə 20 ölüm hadisəsi qeydə alınıb. Hadisələrdən biri Həmkarlar İttifaqları Konfederasiyasına daxil olan şirkətdə baş verib”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib. O bildirib ki, ikinci ən çox ölüm hadisəsi mədən sənayesində baş verib və 16 nəfər ölüb. Üçüncü yerdə emal sənayesi durur. Bu sahədə 15 itki var. Sonra nəqliyyat və anbar sahələri gəlir. Bu sahələrdə 13 nəfər iş başında ölüb. Həmkarlar təşkilatları olmayan sahələrdə ölüm halları daha çox olur.

S. Mehbalıyev qeyd edib ki, daş karxanalarında insanlar istismar edilir: “Bu sahədə xüsusi tədbirlər görülməlidir. Əmək müfəttişlərinin hüquqlarını artırmaq üçün son illərdə qanunvericiliyə bir çox dəyişiklik edilib, onların səlahiyyətləri artırılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR