Bank Of Baku

Azərbaycanda 3199 nəfər QİÇS-ə yoluxub

Azərbaycanda 3199 nəfər QİÇS-ə yoluxub
# 01 dekabr 2011 09:10 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. “Azərbaycanda hər 465 nəfərdən biri QİCS-ə yoluxur. Onların 82 faizi kişilər, 18,2 faizi isə qadınlardır”. APA-nın xəbərinə görə, bu məlumat Səhiyyə Nazirliyi və Respublika QİCS-lə Mübarizə Mərkəzinin “1 dekabr - Ümumdünya QİCS-lə Mübarizə Günü” ilə bağlı keçirdiyi tədbirdə açıqlanıb. Mərkəzin direktoru Həqiqət Qədirova deyib ki, bu günə qədər Azərbaycanda 3199 nəfər bu xəstəliyə yoluxub, onlardan 424 nəfəri dünyasını dəyişib. Yoluxma mərhələsində olanların sayı isə 875 nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR