Bank Of Baku

Azərbaycanlı tədqiqatçının amazonlar haqqında kitabı Berlində dörd didə nəşr olunub

Azərbaycanlı tədqiqatçının amazonlar haqqında kitabı Berlində dörd didə nəşr olunub
# 01 dekabr 2011 10:11 (UTC +04:00)
N. Atəşinin APA-ya verdiyi məlumata görə, kitab Azərbaycanın görkəmli tarixçisi Fəridə Məmmədova, Kamal Əliyev, arxeoloqlardan Mübariz Xəlilov, Bəhlul İbrahimli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun rəyləri əsasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəstəyi ilə nəşr edilib.

Tədqiqatçı indiyə qədər beynəlxalq elm aləmində amazonlar haqqında hakim olan fikirlərin əksini sübut edib. Belə ki, indiyədək amozonların bir mifologiya olması, skit, yunan qadınları olmaları, onların Kiçik Asiyada, Qara dəniz sahilində ilkin məskən salmaları və Qafqaz bölgəsinə yalnız bundan sonra gəlmələri kimi tezislərə qarşı çıxıb, amazonlarının ilkin vətəninin Cənubi Qafqaz, xüsusi ilə qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ olduğunu sübut etməyə çalışıb.

15 illik tədqiqatın nəticəsi olaraq müəllif dünyanın ən qədim (e.ə. II minilliə aid) savaşçı qadın qəbrinin Azərbaycanın Naxçıvan bölgəsindəki “Plovdağ-II” ərazisindən aşkar edilməsini, Qafqazın metallurgiya mərkəzinin beşiyi olmasını, amazon silahları hesab edilən təbərzin baltaların, hətta onların hazırlanması üçün istifadə edilmiş qəliblərin Cənubi Qafqazdan, xüsusi ilə Azərbaycanın müxtəlif bölgələrindən tapılmasını, dünya mədəni irsinə aid olan Qobustanda amazonların ilkin izlərini göstərən qaya rəsmlərini ilk dəfə olaraq dünya elminə təqdim edib.

Hazırda Azərbaycanda keçirilən Qafqaz Albaniyasının tarixinə həsr olunmuş beynəlxalq konfransda iştirak edən N. Atəşi ilk dəfə olaraq elmi kəşflərini dünyanın bir çox ölkələrindən gələn alimlərin qarşısında açıqlayacaq. Yaxın günlərdə isə Bakıda sözügedən kitabın təqdimatı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR