Bank Of Baku

BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri: “Snayperlərin ön xətdən çəkilməsi təşəbbüsü ilə çıxış etmək mandatımıza uyğun deyil” - EKSKLÜZİV

BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri: “Snayperlərin ön xətdən çəkilməsi təşəbbüsü ilə çıxış etmək mandatımıza uyğun deyil” - <font color=red>EKSKLÜZİV</font>
# 01 dekabr 2011 10:38 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, xanım Şerin Pollini Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin cəbhə xəttindən snayperləri geri çəkməklə bağlı bəyanatına münasibət bildirərkən deyib.

Öz növbəsində, BQXK-nın da belə bir təşəbbüslə çıxış etməsinin mümkünlüyünə gəlincə, nümayəndəliyin rəhbəri qeyd edib ki, bu, BQXK-nın mandatına uyğun deyil: “Təəssüf ki, bizim belə bir mandatımız yoxdur. Bizim mandatımız müharibənin nəticələrini aradan
qaldırmağa, vurduğu zərərləri yüngülləşdirməyə yönəlib”.

O qeyd edib ki, 2011-ci ildə BQXK cəbhə xəttində “İqtisadi dəstək” adlı layihə həyata keçirməyə başlayıb. Layihə Tərtər, Ağdam və Füzuli rayonlarının cəbhə xəttinə yaxın olan bir neçə kəndində həyata keçirilib: “Döyüşlərin başa çatmasından bu qədər keçməsinə baxmayaraq, hələ də bir çox kəndlər bunun nəticəsindən əziyyət çəkirlər. Hətta elə evlər var ki, birbaşa cəbhə xəttinə yaxın zonada və ən təhlükəli yerdə yerləşir. Layihə çərçivəsində bir sıra amillər nəzərə alınıb. Məsələn, insanların içməli su ilə təmin edilməsi, evlərin yaxınlığında artezian quyularının qazılması, təhlükəli yerlərdən su gətirməmək üçün suyun evlərə çəkilməsi, tarlada daha az işləməyi tələb edən məhsulların yetişdirilməsi üçün sakinlərə toxumların verilməsi, cəbhə xəttindəki əhalinin daha az təhlükəsiz fəaliyyət sahəsi olan heyvandarlığa yönəldilməsi həyata keçirilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR