Bank Of Baku

Bakıda “Qafqaz Albaniyasının Azərbaycanın və Qafqazın tarixində yeri və rolu” adlı beynəlxalq elmi konfrans keçirilir - FOTOSESSİYA

Bakıda “Qafqaz Albaniyasının Azərbaycanın və Qafqazın tarixində yeri və rolu” adlı beynəlxalq elmi konfrans keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 01 dekabr 2011 10:44 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirin təşkilatçıları Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu, Memarlıq və İnşaat Universiteti və Milli Aviasiya Akademiyasıdır.
Konfransda çıxış edən Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, üç günlük konfrans Azərbaycanın tarixi reallıqlarının, Qafqaz Albaniyasının bir dövlət kimi Azərbaycanın və bütövlükdə Qafqazın tarixində yerinin və rolunun elmi əsaslandırılması üçün mühüm rol oynayacaq: “Konfrans eramızdan əvvəl 4-cü minillikdən ərəb xilafətinin yürüşünə və ondan sonrakı dövrə qədər olan real tarixi ortaya qoyacaq. Bu tarixi mənbələr erməni iddialarının aradan qaldırılmasına kömək edəcək”.

Təhsil naziri Misir Mərdanov qeyd edib ki, konfransın mövzusu Azərbaycan üçün həmişə aktualdır: “Çünki bu gün Azərbaycan ərazisində mövcud olan tarixi abidələrin adlarının özünə qaytarması istiqamətində çox böyük addımlar atılır. Etiraf edək ki, vaxtı ilə bizi çox aldadıblar, Azərbaycan ictimaiyyətinə çoxlu yalan vədlər verilib. Amma tanınmış alimlərimizin apardığı işlər nəticəsində məlum olub ki, bu tarixi məbədlər kimə məxsusdur”.

Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü, Gürcüstan Əlyazmalar Fondunun baş elmi məsləhətçisi Aleksidze Zaza isə deyib ki, Albaniya ərazisi qədim Azərbaycan torpaqlarıdır. A.Zaza bildirib ki, Azərbaycandakı Alban kilsəsinin tarixi erməni kilsəsinin tarixindən daha qədimdir. Onun sözlərinə görə, bununla bağlı yanlışlığa yol verən ermənilər sonradan buna görə üzr istəməyə məcbur olurlar.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva 3 günlük konfransda Qafqaz Albaniyasının tarixi, arxeologiya və memarlığının müxtəlif problemlərinə həsr edilmiş 39 məruzənin dinləniləcəyini deyib.
Qeyd edib ki, konfransda İngiltərə, Almaniya, Rusiya, Yaponiya, Polşa, İtaliya, Gürcüstan və Dağıstandan olan alimlər məruzələrlə çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR