Bank Of Baku

Bu ilin 11 ayı ərzində Azərbaycanda 476 yeni İİV-ə yoluxma faktı aşkar olunub

Bu ilin 11 ayı ərzində Azərbaycanda 476 yeni İİV-ə yoluxma faktı aşkar olunub
# 01 dekabr 2011 11:03 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. “BMT-nin İİV/QİÇS üzrə birləşmiş proqramının məlumatına görə, 2010-cu ildə yer kürəsində İİV-lə yaşayan insanların sayı 34 milyon olub. Onlardan 16,8 milyonu qadın, 3,4 milyonu uşaqdır”. APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyi və Respublika QİCS-lə Mübarizə Mərkəzinin “1 dekabr - Ümumdünya QİCS-lə Mübarizə Günü” ilə bağlı keçirdiyi tədbirdə mərkəzin direktoru Həqiqət Qədirova deyib. H. Qədirova bildirib ki, təkcə 2010-cu il ərzində dünya üzrə İİV-ə yoluxmuş insanların sayı 2,7 milyon nəfər təşkil edib. QİÇS-dən vəfat etmiş insanların sayı isə 1,8 milyon olub.

H. Qədirova qeyd edib ki, Azərbaycan vətəndaşları arasında 2011-ci ilin 11 ayı ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 57,6 %-i, ümumilikdə isə 1992-ci ildən 1 dekabr 2011-ci il tarixinə qədər olan dövrdə yoluxma hallarının 62,9 %-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib: “2011-ci ilin 11 ayı ərzində Azərbaycanda 476 yeni İİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınıb. 1 dekabr 2011-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 3199 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 3086 nəfəri (96,5%) Azərbaycan vətəndaşı, 113 nəfəri (3,5%) isə əcnəbidir. Dünyasını dəyişmiş insanların sayı 424 nəfərdir, onlardan 416 nəfəri Azərbaycan vətəndaşıdır. 3086 Azərbaycan vətəndaşından 1940-da (62,9 %) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 793-də (25,7%) heteroseksual, 40-da (1,3%) anadan uşağa keçməklə, 29-da (0,9%) homoseksual kontakt nəticəsində, 1-də (0,03%) donor qanının köçürülməsi nəticəsində baş verib, 283 nəfərdə (9,2%) yoluxma yolu naməlumdur. QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun və Səhiyyə Nazirliyinin dəstəyi ilə 8 noyabr 2006-cı ildən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 876 İİV-lə yaşayan insan cəlb olunub. Onlardan 289 nəfər üçün müalicə 2011-ci ilin 11 ayı ərzində başlanılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR