Bank Of Baku

Şerin Pollini: “Əsirlərə baş çəkmələrin əsas məqsədi onlarla necə davranıldığını və saxlanma şəraitini yoxlamaqdır”

Şerin Pollini: “Əsirlərə baş çəkmələrin əsas məqsədi onlarla necə davranıldığını və saxlanma şəraitini yoxlamaqdır”
# 01 dekabr 2011 11:11 (UTC +04:00)
Baş çəkmələrin əsas məqsədi saxlanılan şəxslərlə necə davranıldığını və onların saxlanma şəraitini yoxlamaqdır. Bu görüşlər təkbətək, saxlayan hakimiyyət orqanlarının iştirakı olmadan həyata keçirilir. Görüş zamanı hansı söhbət getdiyini heç kəs bilmir”. Bunu APA-ya açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri, xanım Şerin Pollini deyib. O bildirib ki, baş çəkmələr zamanı hüquqa zidd hansısa fakt aşkar olunarsa, bununla bağlı müvafiq hakimiyyət orqanlarına məlumat verilir.

BQXK saxlanılan şəxslərə eyni zamanda “Qızıl xaç” məktubu deyilən ismarış yazmağı təklif edir: “Bu ismarışlar vasitəsilə onlar öz ailələrinə, yaxınlarına salamat olduqlarını bildirə bilərlər. Hər iki tərəfdə həyata keçirilən baş çəkmələr zamanı bu insanlar ya öz vətənlərinə geri qayıtmaq, ya da hər hansı üçüncü ölkəyə köçürülmək barədə arzularını bildirə bilərlər. Həm qarşı tərəfdə, həm də burada bu cür hallar baş verib. Amma onlar üçüncü ölkəyə köçürülmək barədə arzularını bildirdikdən sonra bu işlə BQXK deyil, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məşğul olur”.

Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.

Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.

Əsirlərdən Ohan Arutunyan və Gevorq Tovmasyan 2009-cu ilin mayında, Karen Arutunyan isə həmin ilin iyulunda Azərbaycan tərəfə keçib. Onlar üçüncü ölkəyə göndərilmək arzusunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR