Bank Of Baku

Dövlət Əmək Müfəttişliyi: Daş karxanalarında ölüm hadisələrinin hamısı eyni səbəbdən baş verir

Dövlət Əmək Müfəttişliyi: Daş karxanalarında ölüm hadisələrinin hamısı eyni səbəbdən baş verir
# 01 dekabr 2011 11:40 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Daş karxanalarında çalışanların böyük əksəriyyəti əmək müqaviləsi olmadan işləyir. Bunu APA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev deyib.

O, daş karxanalarında baş vermiş bədbəxt hadisələrlə bağlı təhqiqat apardıqlarını bildirib: “Çox təəssüf ki, bu hadisələrin hər biri eyni səbəbdən baş verir. Olduğumuz bütün daş karxanalarında daş doğrayan barabanın üstü açıq idi. Bunun nəticəsində də işçi həmin barabana ilişərək ya xəsarət alır, ya da ölür. Bədbəxt hadisələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Bu qaydalara əməl olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kurslar təşkil olunur. İşəgötürənlərin nümayəndələri həmin kurslarda iştirak edirlər”.

R.Tağıyev iş şəraitində zərərçəkmiş şəxslərin hüquqlarının tamamilə qorunduğunu deyib: “Bizim əsas məqsədimiz də onların hüquqlarının qorunmasından ibarətdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR