Bank Of Baku

Millət vəkili Qənirə Paşayeva İraq Türkmən Cəbhəsinin lideri ilə görüşüb – FOTO

Millət vəkili Qənirə Paşayeva İraq Türkmən Cəbhəsinin lideri ilə görüşüb – <font color=red>FOTO</font>
# 01 dekabr 2011 12:07 (UTC +04:00)
Bakı-APA. İraqda səfərdə olan İraq-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva İraq Türkmən Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi ilə görüşüb. APA-nın xəbərinə görə, millət vəkili İraq Türkmən Cəbhəsinin yeni istifadəyə verilən binasını da ziyarət edib və təşkilat rəsmiləri ilə görüşüb. Görüş zamanı İraqdakı vəziyyət, bu ölkədə yaşayan türkmənlərin vəziyyəti, Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb. Azərbaycanı “qardaş ölkə” adlandıran Ərşad Salihi parlamentlərarası, hökumətlərarası münasibətlərin inkişafı ilə yanaşı, Azərbaycan türkləri ilə İraq türkləri arasında əməkdaşlığın artmasının vacibliyini də vurğulayıb.
Qənirə Paşayeva da Azərbaycanın İraqla əməkdaşlığın inkişafına önəm verdiyini, parlamentlərarası münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayaraq dekabrın ortalarında İraq-Azərbaycan Parlamentlərarası dostluq qrupu üzvlərinin Bakıya səfərinin də bu istiqamətdə münasibətlərə öz müsbət töhfəsini verəcəyini vurğulayıb.
Millət vəkili Azərbaycan xalqının İraqda yaşayan bacı-qardaşlarımızı hər zaman düşündüyünü və İraqdakı qardaş-bacılarımızla əməkdaşlığın inkişafında maraqlı və buna hazır olduğunu vurğulayıb. İraqda yaşayan türkmənlərin son on illər ərsində ədalətsizliklər, ağır problemlərlə üzləşdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva İraqda yaşayan türkmənlərin layiq olduqları haqları əldə edə biləcəklərinə ümid etdiyini bildirib. Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları barədə məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR