Bank Of Baku

Elsevər Ağayev: “Tibb müəssisələrində xəstələrə pulsuz verilən dərmanların çeşidi hələ biz istəyən səviyyədə deyil”

Elsevər Ağayev: “Tibb müəssisələrində xəstələrə pulsuz verilən dərmanların çeşidi hələ biz istəyən səviyyədə deyil”
# 01 dekabr 2011 13:23 (UTC +04:00)
Bu gün xəstəxanaların dərman preparatları ilə təminatını qənaətbəxş hesab etmək olar. Ancaq əhaliyə zəmanətli tibbi yardımın təmin edilməsi məqsədilə tibb müəssisələrində xəstələrə pulsuz verilən dərman preparatlarının çeşidi hələ biz istəyən səviyyədə deyil”. APA-nın “Tibb qəzeti”nə istinadən yaydığı xəbərə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev bu sözləri əczaçılıq şirkətlərinin Bakıda fəaliyyət göstərən nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.

E.Ağayev bildirib ki, Azərbaycanda dərmanların qeydiyyatı zamanı Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi əczaçılıq şirkətlərinin preparatlarına üstünlük verilir: “Standartlara cavab verməyən dərmanlar Azərbaycanda qeydiyyatdan keçə bilməz. Bu gün ölkənin əczaçılıq bazarında Avropa dərmanları üstünlük təşkil edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR