Bank Of Baku

Nazir müavini: “Bəzi həkimlər yenə də əczaçılıq şirkətlərinin resept blanklarından istifadə edirlər”

Nazir müavini: “Bəzi həkimlər yenə də əczaçılıq şirkətlərinin resept blanklarından istifadə edirlər”
# 01 dekabr 2011 13:37 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Reseptsiz satılan dərmanların reklamı müvafiq icra hakimiyyəti orqanının rəyi olduqdan sonra, yəni Səhiyyə Nazirliyi ilə razılaşdırmaq şərti ilə həyata keçirilə bilər. Ancaq təəssüf ki, bir çox şirkətlər bu tələbə məhəl qoymur”. APA-nın “Tibb qəzeti”nə istinadən yaydığı xəbərə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev bu sözləri əczaçılıq şirkətlərinin Bakıda fəaliyyət göstərən nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib. E.Ağayev bildirib ki, belə hallar yolverilməzdir və qarşısı alınacaq.
Nazir müavininin sözlərinə görə, həkimlər vahid resept blanklarından istifadə etməlidirlər: “Bəzi həkimlər yenə də əczaçılıq şirkətlərinin resept blanklarından istifadə edir. Əczaçılıq şirkətləri vahid blank tələbinə əməl etməlidir”.

E.Ağayev əczaçılıq şirkətləri ilə həkimlər arasındakı anlaşmalara da toxunub. O, mütəxəssisləri şəxsi maraqları naminə xəstələrə lazım olmayan dərmanları yazmamağa və vicdanla hərəkət etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR