Bank Of Baku

Xaçmazın Niyazovad kəndində Yaponiyanın dəstəyi ilə tibb məntəqəsi yaradılıb

Xaçmazın Niyazovad kəndində Yaponiyanın dəstəyi ilə tibb məntəqəsi yaradılıb
# 01 dekabr 2011 14:00 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Sabah Xaçmaz rayonunun Niyazovad kəndində Yaponiya hökumətinin “İcma səviyyəli layihələr və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilmiş “Xaçmaz rayonunun Niyazovad kəndində tibb məntəqəsinin tikintisi” layihəsinin başa çatması münasibətilə açılış mərasimi keçiriləcək. Yaponiya səfirliyindən APA-ya verilən məlumata görə, açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe və Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev iştirak edəcəklər.

Layihə üzrə Yaponiya səfirliyi və “Lira” Gənc İstedadlar Cəmiyyəti arasında müqavilə 2011-ci il fevralın 11-də imzalanıb. Layihənin ümumi dəyəri 84,242 ABŞ dolları olub. Layihənin əsas məqsədi Niyazovad kəndinin sakinləri üçün tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaq məqsədilə tibb məntəqəsi inşa etmək və müvafiq avadanlıqla təchiz etməkdir.

Hazırkı layihə Yaponiya hökumətinin “İcma səviyyəli layihələr və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Azərbaycanda həyata keçirdiyi 143-cü layihədir. Xaçmaz rayonunda artıq altı layihə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR