Bank Of Baku

Hadı Rəcəbli: “Müəllimin ən böyük statusu müəllim adıdır”

Hadı Rəcəbli: “Müəllimin ən böyük statusu müəllim adıdır”
# 05 dekabr 2011 10:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Müəllimin ən böyük statusu müəllim adıdır. Müəllimə bundan böyük status vermək lazım deyil. Müəllimlik ən ali peşədir”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusunun verilməsinin nə zaman mümkün olacağı ilə bağlı sualı cavablandırarkən deyib. Komitə sədri müəllimlərə verilən maliyyə dəstəyinin, imtiyazların və məvaciblərin artırılmasının tərəfdarı olduğunu söyləyib: “Müəllimlərə dövlət qulluqçusu statusunun qismən verilməsi təklifində məqsəd var idi. Bizdə belə bir qanun var ki, dövlət qulluqçusu pensiyaya çıxırsa, 10 ildən sonra dövlət qulluqçularının əmək haqları artarsa, onda həmin dövlət qulluqçusunun pensiyası yeni əməkhaqqına uyğun olaraq hesablanacaq. Əgər biz müəllimlərə dövlət qulluqçusu statusunun bir hissəsini versəydik, məqsədlərdən biri də bu idi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR