Bank Of Baku

Misir Mərdanov: “Peşə təhsili Azərbaycanın təhsil sistemində ən çox problem olan sahədir”

Misir Mərdanov: “Peşə təhsili Azərbaycanın təhsil sistemində ən çox problem olan sahədir”
# 05 dekabr 2011 11:26 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Azərbaycanda peşə təhsili dövlətin təhsil siyasətində əsas istiqamətlərdən biridir. Dövlət başçısı tərəfindən bu sahə üzrə xüsusi proqram təsdiqləndikdən sonra peşə təhsilinə maraq xeyli artıb”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlər bu sahə ilə çox maraqlanırlar: “Düşünürəm ki, kiçik layihələr həyata keçirməklə bu sahənin qismən də olsa inkişafına nail ola bilərik. Amma böyük layihələr hələ qabaqdadır, biz onları gözləyirik. Hesab edirəm ki, Azərbaycanda Milli Təhsil Strategiyası ölkə prezidenti tərəfindən təsdiqləndikdən sonra böyük layihələr həyata keçirməyə imkan yaranacaq”.

M. Mərdanov qeyd edib ki, peşə təhsili sahəsi Azərbaycanın təhsil sistemində ən çox problem olan sahədir: “Bu sahə uzun müddət diqqətdən kənarda qalıb. Yalnız son illərdə ölkə prezidenti bu sahəyə diqqəti artırmaq üçün tapşırıq verdikdən sonra peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı təsdiqlənib. Bu proqram çərçivəsində müəyyən addımlar atılıb. Amma hələlik böyük bir işin başlanğıcındayıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR