Bank Of Baku

Bakıda 4 saylı Peşə Liseyində KNAUF resurs mərkəzi açılıb

Bakıda 4 saylı Peşə Liseyində KNAUF resurs mərkəzi açılıb
# 05 dekabr 2011 11:28 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün 4 nömrəli Bakı Peşə Liseyində KNAUF Resurs mərkəzinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə bildirilib ki, KNAUF Resurs mərkəzi 2010-cu il dekabrın 8-də Təhsil Nazirliyi ilə KNAUF şirkətlər qrupu arasında imzalanmış niyyət protokolu əsasında yaradılıb. Mərkəzin yaradılmasının əsas məqsədi inşaat sahəsi üzrə Azərbaycanın əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması və məzunların daxili və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinin artırılmasıdır.

“Knauf Marketinq Baku” MMC-nin baş direktoru Samir Quliyev bildirib ki, hazırda peşə məktəbində KNAUF texnologiyaları üzrə kadrların hazırlanmasına başlanılıb: “Gələcəkdə Bakı və respublikanın digər rayon və şəhərlərində fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrində də belə mərkəzlərin yaradılması nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR